Azərbaycan sərbəst güləşçisi Namiq Sevdimov Olimpiya lisenziyalı turnirdə təsəlliverici görüşlərə qatılacaq - YENİLƏNİB
18.04.2008 - 14:21
Martini. Elşən Məmmədov-APA-Sport. Bu gün İsveçrənin Martini şəhərində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın ilk günündə döşək üzərinə Azərbaycanın 5 pəhləvanından yalnız Namiq Sevdimov çıxıb. 55 kq çəki dərəcəsində yer alan N.Sevdimov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi cənubi koreyalı Nyo-Sub Kim olub. İlk iki hissədə rəqibinə minimal hesabla uduzan N.Sevdimov sonrakı cəhdlərdə məğlubiyyətdən yaxa qurtara bilməyib. Lakin N.Kim finaladək irəlilədiyindən, həmyerlimiz təsəlliverici görüşlərə qatılacaq. Bürünc medal uğrunda mübarizədə onun ilk rəqibi braziliyalı Viniçius Pedroza olacaq.
Qeyd edək ki, Pekin olimpiadasına vəsiqə əldə etmək üçün N.Sevdimov ilk dörd mükafatçı sırasına düşməlidir.
Qeyd edək ki, Pekin olimpiadasına vəsiqə əldə etmək üçün N.Sevdimov ilk dörd mükafatçı sırasına düşməlidir.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0