Azərbaycan yığmasının baş məşqçisi İstanbulda seminara qatılacaq
18.04.2008 - 15:48
İstanbul. Elşən Məmmədov - APA-Sport. Avropa Stolüstü Tennis İttifaqı (ETTU) qitə ölkələrinin milli komandalarının baş məşqçiləri üçün ilk dəfə seminar təşkil edəcək. Türkiyənin İstanbul şəhərində keçiriləcək seminara Azərbaycan millisinin çalışdırıcısı Aleksandr Zudov da dəvət alıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən A.Zudovun sözlərinə görə, tədbir iyunun 14-də başlanacaq. İki gün davam edəcək seminara Mario Amiziç, Mişel Qadal, Polona Susin Senovin və Radivoy Hudetsdən ibarət ETTU-nun işçi qrupu rəhbərlik edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0