Azərbaycan yığması Bakıda keçirilən beynəlxalq turnirin finalında İspaniya ilə qarşılaşacaq
18.04.2008 - 17:33
Hesabat turunda Azərbaycan milli komandası Ukraynanı böyük hesabla məğlub edib. Tahir Zamanın yetirmələri ukraynalıların qapısına 5 cavabsız top vurublar. Digər matçlarda İspaniya Keniyaya 9:0, Çili isə Belarusa 3:1 hesabı ilə qalib gəlib. İlkin mərhələnin yekununa əsasən, turnir cədvəlində ardıcıllıqla İspaniya (15 xal), Azərbaycan (12), Ukrayna (9), Çili (6), Belarus (3) və Keniya (0) yer alıb. Beləliklə, Pekin olimpiadasına yeganə lisenziya uğrunda həlledici qarşılaşmada Azərbaycan və İspaniya yığmaları görüşəcəklər. Matç aprelin 20-də saat 16:00-da başlanacaq. Həmçinin, 3-cü yer uğrunda Ukrayna – Çili, 5-ci yer uğrunda isə Belarus – Keniya oyunları keçiriləcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0