Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatında iki bürünc medalla kifayətləniblər
20.04.2008 - 11:36
“APA-Sport” agentliyinin məlumatına görə, mübarizəyə ən axırda qoşulan yığma üzvləri medalsız qalıblar. Belə ki, İntiqam Zairov (85 kq) bir dəfəyə 157 kq, təkanla isə 193 kq qaldıraraq, yekunda 7-ci yeri tutub. 94 kq çəki dərəcəsində yarışan Əlibəy Səmədovla Rövşən Fətullayev isə daha zəif nəticə göstəriblər. Adıçəkilən atletlər müvafiq olaraq, 8-ci (360 kq) və 9-cu (354 kq) pillədə qərarlaşıblar. Qeyd edək ki, Vahid Nəzərovun rəhbərliyi altında qitə birinciliyində qüvvəsini sınayan 8 idmançımızdan yalnız ikisi – Zülfüqar Süleymanov (62 kq) və Turan Mirzəyev (69 kq) bürünc medal qazanıblar.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0