Azərbaycanın cüdo üzrə mili komandası Kislovodska yollanıb
20.04.2008 - 12:20
Bakı. Aqşin Əliyev - APA-Sport. Cüdo üzrə Azərbaycan yığması Rusiyanın Kislovodsk şəhərinə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, qonşu ölkəyə milli komandanın heyətində Pekin olimpiadasına lisenziya qazanmış Ramil Qasımov, Elnur Məmmədli, Mehman Əzizov, Elxan Məmmədov, Mövlud Mirəliyev, Kifayət Qasımova, və Ramilə Usubova gedib. Baş məşqçi Ağayar Axundzadənin yetirmələri Kislovodskda olduqları müddətlərdə bərpa kursları keçəcəklər. Cüdoçular yığmanın və yerli həkimlərin köməyi ilə Avropa çempionatı zamanı aldıqları zədələri sağaldacaq, istirahət edəcəklər. Milli komanda aprelin 29-da vətənə dönəcək. Yay Olimpiya Oyunlarına əsas hazırlıq prosesi isə may ayından etibarən başlanacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0