Azərbaycan idmançıları Pekin olimpiadasına indiyədək 33 lisenziya qazanıblar
21.04.2008 - 11:56
Bakı - APA-Sport. Azərbaycan idmançıları Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarına indiyədək 33 lisenziya qazanıblar. “APA-Sport” agentliyinin məlumatına görə, son 10 gündə lisenziyaların sayında kəskin artım qeydə alınıb. Belə ki, bu müddət ərzində daha 10 lisenziya əldə edilib. Müxtəlif yarışlarda 5 cüdoçumuz və 4 güləşçimiz olimpiadaya yollanmaq hüququna yiyələniblər. Stend atıcısı Zemfira Meftahəddinovaya isə xüsusi dəvətnamə verilib. Beləliklə, bu ilin avqustunda Pekində baş tutacaq olimpiadada Azərbaycanın güləş (11 lisenziya), cüdo (6) , ağır atletika (5), bədii gimnastika (3), atletika (2), boks (2), üzgüçülük (2), taekvondo (1) və atıcılıq (1) növlərində təmsil olunacağı dəqiqdir. İdmançılarımız qarşıdakı aylarda daha bir neçə lisenziya qazanmaq imkanına malikdirlər. Təsnifat xarakterli turnirlərə iyunda yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0