FİLA prezidenti Rafael Martinetti: “Azərbaycan tezliklə zəngin güləş məktəbini itirə bilər”
21.04.2008 - 13:33
Onun sözlərinə görə, Azərbaycanda vətəndaşlıq məsələsi bir möhürlə həll olunur: “Güləşin, ilk növbədə, sərbəst güləşin coğrafiyası kiçilir. Bilirəm ki, bu, böyük problemdir. Digər tərəfdən, biz dövlət orqanlarını öz istəyimizə uyğun dəyişə bilmərik. İsveçrə, Almaniya, Fransa və Avropanın digər ölkələrində iki ildən sonra istisna hallarda vətəndaşlıq almaq mümkündür. Azərbaycanda isə vətəndaşlıq məsələsi bir möhürlə həll olunur. Bu səbəbdən, Azərbaycan yığmasının heyətində çoxlu sayda rusiyalı güləşçi çıxış edir və bu ölkə tezliklə zəngin güləş məktəbini itirə bilər”. R.Martinetti bildirib ki, FİLA bu prosesə qarışa bilməz: “Razılaşın ki, ölkənin idman rəhbərliyinin seçimi belədir. Biz bu məsələyə heç cür müdaxilə edə bilmərik. 2004-cü ildə keçirilən FİLA-nın konqresində qəti qərar qəbul olunub ki, idmançı vətəndaşlığı dəyişərkən, rəsmi beynəlxalq yarışlarda iki il çıxış edə bilməz. Bu qərarın şərtləri yerinə yetirilirsə, bizim etiraz etməyə ixtiyarımız yoxdur. Əks halda, bu, insan və idmançının hüquqlarının aşkar şəkildə pozulması demək olardı”.
Qeyd edək ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın 6 sərbəst güləşçisindən 4-ü rusiyalı legionerlərdir.
Qeyd edək ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın 6 sərbəst güləşçisindən 4-ü rusiyalı legionerlərdir.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0