Azərbaycan gimnastları Qran-Pri turnirində və dünya kubokunun mərhələ yarışında iştirak edəcəklər
21.04.2008 - 14:39
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan bədii gimnastları aprelin 26-da start götürəcək iki nüfuzlu beynəlxalq turnirdə iştirak edəcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, qrup hərəkətləri üzrə milli komandamız Rusiyanın Nijni-Novqorod şəhərində təşkil olunacaq dünya kubokunun növbəti mərhələ yarışında mübarizə aparacaq. Aliyə Qarayeva ilə Anna Qurbanova isə İspaniyaya yollanacaqlar. Həmyerlilərimizin Marbela şəhərində keçiriləcək Qran-Pri turnirində iştirakı nəzərdə tutulub. Hər iki yarışın mükafatçılarının yekun siyahısı aprelin 27-də müəyyənləşəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0