Namiq Quliyev İspaniyada beynəlxalq şahmat turnirinə qatılacaq
21.04.2008 - 15:34
Bakı. Kənan Həsənov – APA-Sport. Bu gün İspaniyanın San Kristobal de La Laquna şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 17320 avro mükafat fondu olan yarışda ölkəmiz də təmsil olunacaq. Yaşadığı Fransada iki gün əvvəl start götürən birincilikdən imtina edən Namiq Quliyev reytinqinə görə İspaniya turnirinin 8-ci şahmatçısıdır. 131 idmançının qatıldığı yarışın qalibi 3000 avro mükafat qazanacaq. 9 turdan ibarət turnirə aprelin 27-də yekun vurulacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0