Azərbaycan kikboksçuları dünya yığmasının heyətində uğursuz çıxış ediblər
21.04.2008 - 16:24
Afina. Elşən Məmmədov-APA-Sport. Afinada Yunanıstan və dünya yığmaları arasında K-1 döyüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, dünya yığmasının heyətində Azərbaycan kikboksçuları Ramil Nadirov (71 kq) və Rail Rəcəbov (81 kq) da çıxış edib. Yunanıstanlı rəqiblərlə qarşılaşmada hər iki idmançımız uğursuzluğa düçar olub. Belə ki, döyüş vaxtı qaşı partlayan R.Nadirov görüşü yarımçıq dayandırıb. R.Rəcəbov isə qabırğasından xəsarət alaraq, döyüşü davam etdirə bilməyib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0