Azərbaycanın universal döyüşçüləri Rusiyada keçirilən dünya çempionatında 1 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar
21.04.2008 - 17:36
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Medin şəhərində gənc qız və oğlanlar arasında universal döyüş üzrə növbəti dünya çempionatı keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda ölkəmizi 16 universal döyüşçü təmsil edib. Həmyerlilərimiz vətənə 1 qızıl, 4 gümüş, 3 bürünc medalla qayıdıblar. Oğlanların mübarizəsində Vasif Vəliyev (60 kq), Sübhan İsgəndərov (75 kq) və Musa Mirzəzadə (80 kq) ikinci yeri tutub. Həmçinin, Abdulla Abdullazadə (60 kq) ilə Sənan Behbudov (65 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Qızların yarışında isə iki döyüşçümüz fərqlənib. Ən ağır çəkidə qüvvəsini sınayan Aynur Rzayeva bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb. Fərəh Rəsulova (62 kq) isə yığmamıza iki medal qazandırıb. O, döyüşdə 2-ci, bıçaq atmada isə 3-cü olub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0