Yaşar Bəşirov Avropa Karate Federasiyasının Konqresində iştirak edəcək
22.04.2008 - 11:34
Tallin. Elşən Məmmədov-APA-Sport. Mayın 1-də Estoniyanın paytaxtı Tallində Avropa Karate Federasiyasının Konqresi keçiriləcək. Toplantıda Azərbaycanı Karate Federasiyasının prezidenti Yaşar Bəşirov təmsil edəcək. Y.Bəşirov “APA-Sport” agentliyinə açıqlamasında bildirib ki, daha çox hesabat xarakteri daşıyacaq Konqresdə ölkəmizlə bağlı məsələlərin də müzakirəsi gözlənilir. Onun sözlərinə görə, iclas çərçivəsində qarşıdakı dörd il üçün yeniyetmə və gənclər, həmçinin böyüklər arasında Avropa çempionatlarını təşkil edəcək ölkələrin nümayəndələri qitə birinciliyinə hazırlığın gedişi haqda məlumat verəcəklər. 2012-ci il yeniyetmə və gənclər arasında qitə birinciliyinin Bakıda keçiriləcəyini xatırladan Y.Bəşirov hazırlıqla bağlı Avropa və Ümumdünya Karate federasiyalarının prezidenti Antonio Espinozu məlumatlandıracaqlarını vurğulayıb. O, həmçinin bildirib ki, ötən müddətdə keçirilən tədbirlər sırasında 22-23 martda Bakı İdman Sarayında təşkil olunmuş “Prezident kuboku” turnirinin təhlili də aparılacaq.
Qeyd edək ki, Konqres 2-4 mayda Tallində keçiriləcək kişi və qadınlar arasında Avropa çempionatı öncəsi baş tutacaq.
Qeyd edək ki, Konqres 2-4 mayda Tallində keçiriləcək kişi və qadınlar arasında Avropa çempionatı öncəsi baş tutacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0