Heydər Əliyevin 85 illiyi münasibətilə Bakıda universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək
22.04.2008 - 11:50
Bakı. Aqşin Əliyev - APA-Sport. Mərhum prezident Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Bakıda kişi və qadınlar arasında universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan universal döyüş yığmasının baş məşqçisi Fərhad Ocaqverdiyev məlumat verib. Onun sözlərinə görə, mayın 2-də start götürəcək yarışda 9 ölkənin iştirakı dəqiqləşib. Turnirə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Özbəkistan idmançıları qatılacaqlar. Bundan başqa, Litva və Estoniya milli komandalarının rəhbərlikləri paytaxtımıza gələcəkləri ilə bağlı ilkin razılıqlarını veriblər. “ABU-Arena” İdman Kompleksində təşkil olunan yarış üç gün davam edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0