Azərbaycan çempionatının qalibləri müəyyənləşib
22.04.2008 - 14:55
Bakı. Kənan Həsənov – APA-Sport. Akrobatik gimnastika üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, ümumi hesabda Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri daha çox mükafat qazanıblar. BGM-ni təmsil edən İranə Haşimi-Könül Fərəcova-Nailə Tauçelova üçlüyü, Faiq Sultanov-Tamara Babakişiyeva qarışıq cütlüyü və Afaq Məhərrəmova-Pərizad Quliyeva dueti çempionatın qızıl medalına sahib çıxıblar. Nizami rayon İdman Məktəbindən isə Emil Yarəhmədov-Elçin Məmmədov cütlüyü və Nahid Ağadadaşov-Pərvin Pənahov-Adil Feyzullayev-Omar Seyidov kvarteti birinci yeri tutub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0