Şəhriyar Məmmədyarov Bakıda keçirilən Qran-Pri turnirinin ikinci turunda uduzub
22.04.2008 - 17:32
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Qran-Pri turnirinin ikinci turunda məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, beynəlxalq qrossmeysterimiz rusiyalı Ernesto İnarkiyevə uduzub. Reytinqinə görə, turnirin 12-ci şahmatçısı olan E.İnarkiyev həmyerlimizi 36-cı gedişdə təslim olmağa məcbur edib. İkinci tur çərçivəsində, həmçinin rusiyalı Aleksandr Qrişukla ukraynalı Sergey Karyakin heç-heçə oynayıb.
Qeyd edək ki, Ş.Məmmədyarov birinci turda rusiyalı Pyotr Svidlerlə heç-heçə edib.
Qeyd edək ki, Ş.Məmmədyarov birinci turda rusiyalı Pyotr Svidlerlə heç-heçə edib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0