Teymur Rəcəbov Bakıda keçirilən Qran-Pri turnirində ilk qələbəsini qazanıb - FOTOSESSİYA
23.04.2008 - 09:35
21 yaşlı qrossmeysterimiz qara fiqurlarla fransalı Etyen Bakronu məğlub edib. Şəhriyar Məmmədyarov gözlənilmədən rusiyalı Ernesto İnarkiyevə uduzub. Vüqar Həşimov isə çinli Van Yue ilə heç –heçə oynayıb. Digər görüşlərdə Maykl Adams (İngiltərə) İvan Çeparinova (Bolqarıstan) qalib gəlib. Pyotr Svidler (Rusiya) - Maqnus Karlsen (Norveç), Aleksandr Qrişuk (Rusiya) – Sergey Karyakin (Ukrayna), Qata Kamski (ABŞ) – David Navara (Çexiya) görüşlərində heç-heçə qeydə alınıb.
İki turdan sonra liderlər qrupunda hərəyə 1,5 xal toplayan T.Rəcəbov, M.Adams, A.Qrişuk və Q.Kamski qərarlaşıb. V.Həşimov 1 xalla 5-ci, Ş.Məmmədyarov 0,5 xalla 13-cü sırada yer alıb.
Bu gün 3-cü tur çərçivəsində daha 7 oyun keçiriləcək: M.Karlsen – E.İnarkiyev, Ş.Məmmədyarov – Q.Kamski, V.Həşimov – P.Svidler, T.Rəcəbov – V.Yue, İ.Çeparinov – E.Bakro, S.Karyakin – M.Adams, D.Navara – A.Qrişuk.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0