Vahid Nəzərov: “Avropa çempionatında Zülfüqar Süleymanov podiuma bilərəkdən gec çıxdı”
23.04.2008 - 11:14
Aprelin 11-dən 20-dək İtaliyanın Linyano şəhərində keçirilmiş Avropa çempionatının yekunlarından danışan V.Nəzərov bildirib ki, yarışda taktiki, psixoloji həmlələr işlədilib: “Zülfüqar Süleymanov podiuma bilərəkdən gec çıxdı. Bu, yığmanın Məşqçilər Şurası tərəfindən düşünülmüş addım idi. Yəni, bolqarıstanlı rəqibə qarşı psixoloji, taktiki hücum hazırlamışdıq. Süleymanov iki dəqiqəlik vaxtın sonunda podiuma çıxmaqla, rəqibini “soyutdu” və nəticədə istəyinə çatdı. Ancaq bir sıra şəxslər bu olayı başqa cür qələmə verirlər”. Baş məşqçi vurğulayıb ki, Turan Mirzəyev (69 kq) təkanla qaldırmada bəxtsizliklə üzləşib: “Təkanla qaldırmada Turan öncə 181 kq-ı sifariş verdi. Halbuki, adətən 175 kq-la başlayırdı. Amma rəqibi nəzərə alaraq, 6 kq çox sifariş verməli olduq. Turan sonradan 183 kq-ı qaldırmağa cəhd göstərdi. Necə deyərlər, cəsarətli hərəkətlə özünə rəğbət qazandırdı. Təəssüf ki, bəxtsizlik ucbatından onun cəhdləri uğursuz oldu”.
Ermənistanlı atletlərin də çıxışına toxunan baş məşqçinin bildirdiyinə görə, ümumilikdə 17 medal qazanan düşmən ölkə təmsilçilərinin istifadəsi qadağan olunmuş dərman preparatından yararlandığı istisna deyil: “Hamı Avropa çempionatında ermənistanlı atletlərin dopinqdən istifadə etmələrindən şübhələnirdi. Çünki Türkiyə, Polşa kimi ölkələr yarışdan əliboş qayıtdılar. Buna baxmayaraq, Ermənistan yığması 17 medal qazandı. Təbii ki, onların bu uğuru mən də şübhə yaratdı”.
Qeyd edək ki, qitə çempionatında 8 atletimizdən 2-si “kiçik” bürünc medala yiyələnib.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0