Odessada beynəlxalq turnirə qatılacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb
23.04.2008 - 11:26
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadın güləşi üzrə yığma komandasının mayın 1-də Ukraynanın Odessa şəhərində start götürəcək beynəlxalq turnirə qatılacaq heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə məlumat verən millimizin baş məşqçisi Nazim Əlicanov iki gün davam edəcək yarışın dörd olimpiya çəki dərəcəsində keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Odessaya Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina və Dina İvanova (hər ikisi 72 kq) aparılacaq. 72 kq çəkidə yarışan əsas güləşçimiz Zümrüd Qurbanhacıyevanın isə turnirdə iştirakı məqsədəuyğun sayılmayıb. Səbəb Z.Qurbanhacıyevanın 16-17 mayda Kanadanın Edmonton şəhərində keçiriləcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirinə hazırlaşmasıdır: “İndiyədək Pekin Olimpiadasına dörd mümkün çəkidən üçündə vəsiqə qazanmışıq. Yalnız 72 kq çəkidə lisenziyamız yoxdur. Qurbanhacıyevanın məsul yarış öncəsi turnirdə zədə alma ehtimalından ehtiyatlanaraq, Odessaya aparmağı məqsədəuyğun saymadıq”. N.Əlicanov, həmçinin bildirib ki, yüksək mükafat fonduna malik Odessa turnirində pul mükafatı ilə yanaşı, ən texnikalı güləşçiyə avtomobil veriləcək.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0