Azərbaycanı Avropa çempionatında təmsil edəcək qılıncoynadanlar müəyyənləşib
23.04.2008 - 12:14
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın gənc qılıncoynadanları mayın 9-da İtaliyada start götürəcək Avropa çempionatında iştirak edəcəklər. Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu yarışda ölkəmizi 5 sablyaçı təmsil edəcək. Qızların birinciliyində Səbinə Əmrahzadə ilə Sevil Bünyatova, oğlanlar arasında isə Ramin Əmirov, Cəlil Ələsgərov və Yusif Budaqov mübarizə aparacaq. Turnir mayın 11-də başa çatacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0