Azərbaycan qılıncoynadanı Pekin olimpiadasında iştirak edə bilər
23.04.2008 - 12:28
Bakı. Kənan Həsənov-APA-Sport. Aprelin 27-də Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü sonuncu Avropa təsnifat turniri keçiriləcək. “APA-Sport” agentliyinin Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədova istinadən verdiyi məlumata görə, yarışda ölkəmizi dünya reytinq sıralamasında 111-ci pillədə qərarlaşan Səbinə Əmrahzadə təmsil edəcək. Turnirdə həmyerlimizlə yanaşı, İrlandiya, Almaniya, İngiltərə, Rumıniya, Macarıstan, İspaniya, İslandiya və Yunanıstan təmsilçiləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, finala yüksələn sablyaçılar Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0