Azərbaycan yığması Türkiyə və Gürcüstan idmançıları ilə birgə hazırlaşacaq
23.04.2008 - 13:00
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə yığma komandası iyunun 27-də Bakıda start götürəcək “Qızıl Qran Pri” turnirinin final mərhələsi öncəsi son təlim-məşq toplantısını Türkiyədə keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib. Onun sözlərinə görə, yığmamız qonşu ölkəyə iyunun 12-də yollanacaq. Pəhləvanlarımız iki həftə ərzində Türkiyə və Gürcüstan yığmaları ilə birgə toplanışa qatılacaqlar. Bundan öncə isə yığmamız Rusiyanın Mahaçqala və Vladiqafqaz şəhərlərində hazırlıq prosesində iştirak edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0