Azərbaycan yığmasının heyəti açıqlanıb
23.04.2008 - 15:06
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandasının Türkiyənin İstanbul şəhərində beynəlxalq turnirə qatılacaq heyəti müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Ağalar Aslanov məlumat verib. Onun sözlərinə görə, mayın 9-da start götürəcək turnirdə ölkəmizi 14 idmançı təmsil edəcək. Belə ki, Orxan Əhmədovla Xurşud Babaşov 50, Elçin Əliyev, Həsən Əliyev və Qadir Süleymanov 55, Hacıxan Mustafayevlə Kamran Məmmədov 60, Rafiq Hüseynovla Tural Hüseynov 66, Elvin Mürsəliyevlə Elməddin Abdullayev 74, Şəhriyar Məmmədovla Araz Həsənov 84, Səməd Cəbrayılov isə 96 kq çəkidə mübarizə aparacaq. Turnir üç gün davam edəcək.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0