Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanın daha üç idmançısına lisenziya verib
24.04.2008 - 10:51
Bakı. Aqşin Əliyev - APA-Sport. Beynəlxalq Paralimpiya Komitəsi Pekində keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Azərbaycanın daha üç idmançısına lisenziya verib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti Ziyadxan Kərimovun sözlərinə görə, pauerliftinçilər Elşən Hüseynov (90 kq), Mehman Ramazanzadə (100 kq) və Məhərrəm Əliyev (+100 kq) də paralimpiadaya qatılacaqlar. Adıçəkilən idmançılar lisenziya xallarına malik pauerliftinçilərin reytinq cədvəlində ilk “onluğ”unda yer aldıqlarından qarşıdakı mötəbər yarışa vəsiqə qazanıblar. Bununla da, Pekin paralimpiadasına qazanılan lisenziyaların sayı 18-ə çatıb. Öncə ölkəmizin cüdo (7 lisenziya), atletika (7) və güllə atıcılığı (1) növlərində təmsil olunacağı məlum idi. Z.Kərimov vurğulayıb ki, yaxın zamanlarda lisenziyaların sayında artım ola bilər: “Kamandan oxatma, atletika və güllə atıcılığı növlərində “wild-card” almaq üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət ünvanlamışıq. Azərbaycana əlavə 3 yerin ayrılıb-ayrılmayacağını mayın əvvəlində bilinəcək”.
Qeyd edək ki, dörd il öncə keçirilmiş Afina paralimpiadasında ölkəmizin şərəfini 11 idmançı qoruyub.
Qeyd edək ki, dörd il öncə keçirilmiş Afina paralimpiadasında ölkəmizin şərəfini 11 idmançı qoruyub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0