Namiq Sevdimov: “Pekin olimpiadasına məni yox, başqasını aparsalar, haqqımı tələb edəcəyəm”
24.04.2008 - 11:00
İsveçrənin Martini şəhərində keçirilən turnirdə 55 kq çəki dərəcəsində bürünc medal qazanaraq, 2008-ci il Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş N.Sevdimov hələlik Pekinə yollanıb-yollanmayacağına aydınlıq gəlmədiyini açıqlayıb: “Güləşdə lisenziya idmançıya deyil, çəkiyə verildiyindən, mənim Olimpiadaya qatılacağım dəqiq bilinmir. Amma hər halda, ilk cəhddəcə məşqçilərin etimadını doğrultmuşam. Bu səbəbdən, Olimpiadaya yollanmağa tam haqqım çatır. Mənə deyiblər ki, narahat olma, ürəyini buz kimi saxla. Pekinə sən gedəcəksən”. Çıxış etdiyi çəkidə Olimpiya çempionu Namiq Abdullayevlə qarşılaşmağa hazır olduğunu deyən 27 yaşlı pəhləvan qələbə qazanacağına əminlik ifadə edib: “Abdullayevlə görüşməyə hazıram və inşallah, qələbə qazanacağıma əminəm”.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0