Azərbaycan yığmasına iranlı bodibildinqçi cəlb olunub
24.04.2008 - 11:50
Bakı. Aqşin Əliyev - APA-Sport. Bodibildinq üzrə Azərbaycan milli komandasına İran vətəndaşı Həmid Keşani cəlb edilib. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev məlumat verib. Onun sözlərinə görə, milliyətcə azərbaycanlı H.Keşani indiyədək heç bir milli komandanın şərəfini qorumayıb: “Həmid gənc və perspektivli, Azərbaycanı sevən bir idmançıdır. Uzun müddətdir onunla danışıqlar aparır, lazımi sənələri qaydasında salırdıq. Məşqlərdə çox fəal görünən Həmid milli komandamıza uğurlar qazandırmaq arzusundadır”. H.Keşani (100 kq) yığmamızın heyətində mayda keçiriləcək Avropa çempionatında debüt edəcək. İspaniyanın Platya D’aro şəhərində təşkil olunacaq qitə birinciliyinə debütantla yanaşı, Anatolu Mənsimov (70 kq), Vüqar Verdiyev (90 kq) və klassik bodibildinqçi Fərhad Quliyev (170 sm-dək) də yollanacaq. Çempionat 16-19 may aralığında baş tutacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0