Azərbaycan badmintonçuları İspaniyanın açıq çempionatında yarışacaqlar
24.04.2008 - 16:38
Madrid. Elşən Məmmədov-APA-Sport. Azərbaycan badmintonçuları İspaniyanın açıq çempionatında mübarizə aparacaqlar. Bu haqda «APA-Sport» agentliyinə Badminton Federasiyasının baş katibi Mirzə Orucov məlumat verib. Onun sözlərinə görə, sayca XXI dəfə keçiriləcək turnir mayın 22-də start götürəcək. Dörd gün davam edəcək yarışda ölkəmizi Kənan Rzayevlə Orxan Qələndərov təmsil edəcək. Onlar Madridə baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında yollanacaqlar. Turnirin mükafat fondu 15000 dollar olacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0