Rauf Məmmədov Avropa çempionatında liderliyi əldən verib
25.04.2008 - 10:03
Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında dördüncü turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, kişilərin birinciliyində Rauf Məmmədov liderliyi əldən verib. Milli komandamızın üzvü ardıcıl üç qələbədən sonra hollandiyalı Yan Verle ilə heç- heçə oynayıb. Beynəlxalq qrossmeysterimiz bu gün 5-ci tur çərçivəsində rusiyalı Dmitri Kokarevlə qarşılaşacaq. Digər təmsilçilərimizdən Qədir Hüseynovla Nicat Məmmədov 3, Eltac Səfərli və Fərhad Tahirov 2 xal toplayıb. Qadınların yarışında isə Nərmin Kazımova liderlər qrupunda qərarlaşıb. Keçirdiyi dörd oyundan 3,5 xal toplayan həmyerlimiz növbəti görüşünü Viktoriya Çmiliteyə (Litva) qarşı keçirəcək. İlahə Qədimovanın 2,5, Xəyalə İsgəndərova, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovanın 2, Nərgiz Umudova ilə Gülnar Məmmədovanın 1,5 xalı var.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0