Azərbaycan gimnastları Qran-Pri turnirində və dünya kubokunda medal qazana bilməyiblər
28.04.2008 - 11:15
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan bədii gimnastları Qran-Pri turnirində və dünya kubokunun mərhələ yarışında medal qazana bilməyiblər. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, qrup hərəkətləri üzrə milli komandamızın Rusiyanın Nijni Novqorod şəhərində təşkil olunan dünya kubokunun mərhələ yarışında göstərdiyi ən yaxşı nəticə 5-ci yer olub. Aliyə Qarayeva və Anna Qurbanova isə İspaniyanın Marbela şəhərində keçirilən Qran-Pri turnirində fəxri kürsüyə yüksələ bilməyiblər. Bədii gimnastlarımız çoxnövçülükdə müvafiq olaraq 7-ci və 11-ci yeri tutub. Ayrı-ayrı növlərdə isə A.Qarayevanın ən yaxşı nəticəsi 5-ci, A.Qurbanovanın isə 8-ci pillə olub.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0