Azərbaycanın akademik avarçəkənləri növbəti təlim-məşq toplantısına başlayırlar
28.04.2008 - 12:12
Mingəçevir. Elşən Məmmədov-APA-Sport. Rusiyanın Rostov şəhərində başa çatan beynəlxalq “Don” reqatasından qayıdan Azərbaycanın akademik avarçəkənləri mayın 1-də Mingəçevir şəhərinə növbəti təlim-məşq toplantısına yollanacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Samir Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında keçiriləcək hazırlıq prosesində 11 idmançı qatılacaq. “Kür” Təlim-Tədris Mərkəzində təşkil olunacaq toplanışda Kamal Məmmədov, Fikrət Məmmədov, Dostməmməd Dostməmmədov, Cavid Əfəndiyev (hamısı Mingəçevir), Aleksandr Qlotov, Timur Kutseba, Toğrul Qurbanzadə, Kamran Yusubov, Fərman Əliyev, Aleksandr Jdanov, Əbdülrəşid Mustafin (hamısı Bakı) iştirak edəcək. Onlar milli komandaya yeni cəlb edilən və aprelin 20-dən Mingəçevirdə olan 8 akademik avarçəkənimizlə birgə hazırlaşacaqlar. Bu, idmançılarımızın mayın 9-da start götürəcək Azərbaycan çempionatı öncəsi son təlim-məşq toplantısı olacaq. Ölkə birinciliyi üç gün davam edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0