Zabit Səmədov Avropa Qran-Prisində ikinci yeri tutub
28.04.2008 - 13:57
Amsterdam. Elşən Məmmədov-APA-Sport. Belarusda yaşayan azərbaycanlı idmançı Zabit Səmədov Hollandiyanın paytaxtı Amsterdamda keçirilən K-1 üzrə Avropa Qran-Prisinin final mərhələsində çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, qitənin 8 döyüşçüsünün qatıldığı yarışda “Mauqli” ləqəbli həmyerlimiz ikinci yeri tutub. Z.Səmədov əvvəlcə Daq Vineyi (Yeni Zelandiya) məğlubiyyətə uğradıb. Növbəti görüşündə Brayan Dauersdən (Hollandiya) üstün olan həmyerlimiz finala çıxıb. Lakin həlledici döyüşdə 24 yaşlı idmançımız Hollandiyanın digər təmsilçisi Errol Zimmermana uduzaraq, turnirin qalibi ola bilməyib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0