Azərbaycan həndbolçusunun çıxış etdiyi “Beşiktaş” klubu Türkiyə çempionu titulunu qoruya bilməyib
28.04.2008 - 15:09
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə həndbol Superliqasına 22-ci turun oyunları ilə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Valeri Porşkovun şərəfini qoruduğu “Beşiktaş” klubu Türkiyə çempionu titulunu qoruya bilməyib. İstanbullular son görüşü qələbə ilə başa vursalar da, 34 xalla 4-cü yeri tutublar. Vadim Skreptsov, Eldar Fərəcov, Oleq və Sergey Georgiyevski qardaşlarının çıxış etdiyi “Trabzon Bələdiyyəsi” klubu Superliqanı 24 xalla 7-ci pillədə başa vurub. Türkiyə çempionu titulunu isə 38 xal toplayan İzmir Böyükşəhər Bələdiyyəsi klubu qazanıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0