Sabah yeni idman geyimlərinin təqdimatı olacaq
28.04.2008 - 17:28
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah “Novco” Şirkətlər Qrupunun rəhbərliyi yeni idman geyimlərini ictimaiyyətə təqdim edəcək. Bu haqda “APA-Sport” agentliyinə “Novco”nun vitse-prezidenti, Azərbaycan Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəyli məlumat verib. Onun sözlərinə görə, idman geyimləri yeni dizaynda və “Novco-Sport” markası altında olacaq. Ölkəmizdə satışı təşkil olunacaq geyimlər Türkiyə və Çindən gətiriləcək. Gələcəkdə bu geyimlərin Azərbaycanda istehsal edilməsi planlaşdırılıb. Təqdimat mərasimi Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında keçiriləcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0