Azərbaycan milli komandası Rusiyanın üç şəhərində hazırlıq keçəcək
29.04.2008 - 11:36
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın qadınlardan ibarət həndbol üzrə milli komandasının Rusiyada təlim-məşq toplanışı keçəcəyi dəqiqləşib. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, ukraynalı mütəxəssis Georgi Voronovun rəhbərlik etdiyi komandamız müvafiq ardıcıllıqla Rusiyanın Rostov, Həştərxan və Volqoqrad şəhərlərində hazırlıq keçəcək. Yığmamızın Rusiya çempionatında çıxış edən yerli klublarla yoxlama oyunu keçirməsi də nəzərdə tutulub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0