Avqustda çimərlik həndbolu üzrə II Azərbaycan çempionatı keçiriləcək
29.04.2008 - 11:56
Bakı. Kənan Həsənov – APA-Sport. Avqustda çimərlik həndbolu üzrə II Azərbaycan çempionatı keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, kişi və qadın komandaların mübarizə aparacağı yarış “Amburan” çimərliyində təşkil olunacaq. Federasiya hazırda çempionata qatılacaq klubların siyahısını dəqiqləşdirir.
Qeyd edək ki, ötən il qadınlar arasında “Qaradağ”, kişilərin yarışında isə “Təhsil” klubları birinci yeri tutub.
Qeyd edək ki, ötən il qadınlar arasında “Qaradağ”, kişilərin yarışında isə “Təhsil” klubları birinci yeri tutub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0