Azərbaycan boksçuları Moldovaya beynəlxalq turnirə yollanırlar
29.04.2008 - 14:09
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın boks üzrə gənclərdən ibarət milli komandası mayın 5-də Moldovanın Tiraspol şəhərində start götürəcək beynəlxalq turnirdə iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, mayın 11-dək davam edəcək yarışda ölkəmizi İlkin Ağayev (54 kq), Malik Məmmədzadə (81 kq), Qurban Qurbanov (48 kq), Elvin Əliyev (57 kq), Anar Cəfərov (64 kq), İsmət Eynullayev (60 kq) və Fərid Möhsümov (69 kq) təmsil edəcək. Boksçularımız Moldovaya baş məşqçi Şamil Əlimcanov və məşqçi Salam Bağırovun rəhbərliyi altında yollanacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0