Azərbaycan yığması Avropa çempionatında iştirak etmək üçün Tallinə gedir
29.04.2008 - 15:46
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın karate üzrə kişi və qadınlardan ibarət yığma komandası Avropa çempionatında iştirak etmək üçün sabah Estoniyanın paytaxtı Tallinə yollanacaq. Karate Federasiyasından «APA-Sport» agentliyinə verilən məlumata görə, mayın 2-də start götürəcək sayca 43-cü qitə birinciliyində ölkəmizi 9 idmançı təmsil edəcək. Həm şəxsi, həm də komanda kumite döyüşlərində kişilərdən Qurban Tağıyev (60 kq), Rəşad Hüseynov (65 kq), Rafael Ağayev (70 kq), Şahin Atamov (75 kq), Amal Atayev (80 kq), Ceyhun Ağasıyev (+80 kq) və Taleh Babayev (açıq çəkidə) qüvvəsini sınayacaq. Qadınlara gəldikdə, Nərgiz Mehdiyeva (53 kq) kumite, Adilə Qurbanova katada çıxış edəcək. Yusif Məmmədov və Əhməd Hətəmov isə döyüşləri idarə edəcək hakimlər arasında isə yer alacaq. Qitə birinciliyi üç gün davam edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0