Azərbaycan atleti Almaniyada beynəlxalq turnirə qatılacaq
29.04.2008 - 17:13
Bakı. Kənan Həsənov – APA-Sport. Mayın 4-də Almaniyanın Düsseldorf şəhərində atletikanın marafon növü üzrə lisenziya xarakterli beynəlxalq turnir start götürəcək. “APA-Sport” agentliyinin Atletika Federasiyasının baş katibi Firat Hüseynova istinadən verdiyi məlumata görə, bu məsul yarışda ölkəmizi Gülnarə Məmmədova təmsil edəcək. Türkiyə milli komandasının heyətində hazırlıq keçən atletimiz mayın 2-də Almaniyaya yollanacaq.
Qeyd edək ki, indiyədək atletlərimizdən yalnız ikisi – Ruslan Quliyev (100 m) və Ramil Quliyev (200 m) Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Qeyd edək ki, indiyədək atletlərimizdən yalnız ikisi – Ruslan Quliyev (100 m) və Ramil Quliyev (200 m) Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0