Azərbaycan samboçuları Avropa çempionatının ilk günündə üç bürünc medal qazanıblar
29.04.2008 - 17:23
Tbilisi. Elşən Məmmədov-APA-Sport. Bu gün Gürcüstanın paytaxtı Tiflisdə idman və döyüş sambosu üzrə Avropa çempionatının startı verilib. Yarışın ilk günündə xalça üzərinə çıxan Azərbaycanın 5 idman samboçusundan 3-ü medal qazanıb. Bu haqda “APA-Sport” agentliyinə hazırda qitə birinciliyini izləyən Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov məlumat verib. Onun sözlərinə görə, İslam Qasımov (52 kq), Tərlan Kərimov (62 kq) və Araz Muxtarov (74 kq) bürünc medala sahib çıxıb. Yasin Həsənov (90 kq) və Vasif Səfərbəyov (+100 kq) isə erkən məğlub olaraq, mükafata layiq yerləri tuta bilməyib. Sabah daha 4 idman samboçumuz - Elçin Mayılov (57 kq), Emil Həsənov (68 kq), Zaur Paşayev (82 kq) və Anar Əliyev (100 kq) mübarizəyə qoşulacaq. Mayın 1-də isə ilk dəfə döyüş samboçularımız qüvvələrini sınayacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0