Azərbaycan ağır atletika yığması Rusiyada təlim-məşq toplanışı keçəcək
30.04.2008 - 12:32
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ağırlıqqaldırma yığması Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. Onun sözlərinə görə, mayın 5-də start götürəcək hazırlıq prosesində 11 idmançı iştirak edəcək: “Əslində, təlim-məşq toplanışına Avropa çempionatında dərhal sonra, aprelin 25-də başlamaq istəyirdik. Lakin qeyri-müəyyən səbəbdən Gənclər və İdman Nazirliyi həmin tarixdə yığmanı Rusiyanı göndərə bilmədi. Nəticədə planda dəyişiklik edərək, təlim-məşq toplanışının vaxtını 10 gün təxirə saldıq”. Baş məşqçi bildirib ki, Moskvaya ikiqat dünya çempionu Nizami Paşayev də aparılacaq. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ikiillik diskvalifikasiyaya məruz qalan 26 yaşlı idmançının cəzası mayın 6-da başa çatacağından onun təlim-məşqdə iştirakına icazə veriləcək. Rusiya paytaxtında iki həftə qalacaq yığmamız mayın 19-da vətənə dönəcək.
- Azərbaycan İdman Akademiyası beynəlxalq layihəyə qoşulub
- İdmançımız Türkiyədə qızıl medal qazanıb
- AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
0
0