Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında 5 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar
19.05.2008 - 17:37
Bakı. Aqşin Əliyev - APA-Sport. Çexiyanın Nove Bor şəhərində pauerliftinq və benç-press üzrə keçirilən növbəti Avropa çempionatına yekun vurulub. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, qitə birinciliyində bacarığını nümayiş etdirən 8 idmançımızın hamısı fəxri kürsüyə yüksəlib. Pauerliftinq yarışında Rəna Əliyeva (56 kq) və Yalçın Bağırov (67,5 kq) Avropa çempionu tituluna yiyələniblər. Bayram Əliyevlə (75 kq) Bəxtiyar Quliyev (110 kq) isə gümüş medal qazanıb. Atletlərimiz benç-press növündə də dörd medala sahib çıxıblar. İlham Allahverdiyev (67,5 kq), Sərxan Əliyev (75 kq) və Namiq Cəfərov (82,5 kq) birinci yeri tutublar. 100 kq çəki dərəcəsində mübarizə aparan İbrahim İbrahimov isə bürünc medala layiq görülüb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0