Azərbaycan sərbəst güləşçiləri Xasavyurtdan 1 qızıl, 2 bürünc medalla qayıdıblar
20.05.2008 - 10:04
Xasavyurt. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın gənc sərbəst güləşçiləri Rusiyanın Xasavyurt şəhərində başa çatan beynəlxalq turnirdə çıxış ediblər. Millimizin baş məşqçisi Arif Abdullayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, pəhləvanlarımız vətənə 1 qızıl, 2 bürünc medalla qayıdıblar. Təmsilçilərimizdən fəxri kürsünün ən yüksək pilləsinə Sənan Bağırov (120 kq) qalxıb. Əslində, S.Bağırov turnirdə 96 kq çəkidə sınaqdan çıxarılmalı olub. Lakin həmin çəkidə pəhləvanların sayı az olduğundan, onların hamısı ən ağır çəkiyə keçiriliblər. Bürünc medallara isə Orxan Nəsirov (50 kq) və Azad Mirzəyev (120 kq) sahib çıxıblar. I yeri tutan idmançımız 1000 dollar, televizor və DVD-pleyerlə, III yerin sahibləri isə hərəyə 300 dollar və DVD-pleyerlə mükafatlandırılıblar.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0