Vüqar Həşimovun Qata Kamski üzərində qələbəsi aprelin ən yaxşı oyunları siyahısına daxil edilib
20.05.2008 - 11:39
Bakı. Kənan Həsənov-APA-Sport. Rusiyanın “Chesspro” portalı aprelin ən yaxşı 23 oyununu müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, mütəxəssislər seçim zamanı ötən ay keçirilən nüfuzlu beynəlxalq turnirlərdə diqqət mərkəzinə düşən maraqlı görüşlərə üstünlük verib. Siyahıya milli komandamızın iki üzvünün iştirakı ilə baş tutan oyunlar da daxil edilib. Vüqar Həşimovun birinci yeri tutduğu Qran-pri turnirində Qata Kamski (ABŞ) üzərində 52-ci gedişdə rəsmiləşən qələbəsi və Rusiyanın klublararası çempionatında Viktor Korçnoya (İsveçrə) 87-ci gedişdə uduzduğu oyunlar fərqləndirilib. Şəhriyar Məmmədyarovun isə Qran-pri turnirində reytinq favorit Maqnus Karlseni (Norveç) 37-ci gedişdə məğlub etdiyi qarşılaşma siyahıda yer alıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0