Azərbaycan Avropa Şurasının İdman haqqında genişləndirilmiş hüquqlu sazişinin Əsasnaməsini qəbul edəcək
21.05.2008 - 11:52
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin İdman haqqında genişləndirilmiş hüquqlu sazişinin Əsasnaməsini qəbul edəcək. APA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının bugünkü iclasında müzakirə olunub. Komissiyanın üzvü Eyvaz Qurbanov deyib ki, sözügedən Əsasnamə aidiyyəti olan bütün tərəflərlə əməkdaşlıq və dialoq şəraitində, müasir cəmiyyətdə idmanın əhəmiyyətini əks etdirərək idman siyasəti strategiyalarını tətbiq və müasir standartları təsis etmə məsələlərini müəyyən edəcək. Deputatın sözlərinə görə, sazişi imzalayan ölkələrdə Avropa İdman Xartiyasına və İdman Etikası Məcəlləsinə hansı səviyyədə riayət olunmasına nəzarət ediləcək: “Bu sazişin təsdiq olunmasına tərəfdar çıxan 16 ölkədən biri də Azərbaycandır”.
Müzakirələrdən sonra sözügedən sənəd parlamentə tövsiyə olunub.
Müzakirələrdən sonra sözügedən sənəd parlamentə tövsiyə olunub.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0