Azərbaycanın karate hakimləri beynəlxalq dərəcə almaq üçün ilk dəfə imtahan verəcəklər
21.05.2008 - 18:17
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın karate hakimləri beynəlxalq dərəcə almaq üçün ilk dəfə imtahan verəcəklər. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun sözlərinə görə, Yusif Məmmədov, Cahangir Babayev və Anar Allahverdiyev iyunun 10-da Sloveniyanın Maribor şəhərində başlanacaq seminara qatılacaqlar. Dörd gün davam edəcək seminarın sonunda hakimlər imtahan verəcəklər. Sınaqdan uğurla çıxan ədalət təmsilçilərinə beynəlxalq dərəcələr təqdim olunacaq. Y.Bəşirov qarşıdakı seminara ciddi yanaşdıqlarını bildirib: “İndiyədək Avropa Karate Federasiyası Hakimlər Komissiyasının rəhbəri Tomasa Minini iki dəfə ölkəmizə dəvət etmişik. O, hakimlərimizə nəzəri-praktiki məşğələlər keçib. Çox istərdik ki, güclü idmançılarımız kimi, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edəcək hakimlərimiz də olsun. Çünki bu halda karateçilərimizə qarşı edilən haqsızlıqların qarşısını qismən ala bilərik”.
Qeyd edək ki, Azərbaycanda beynəlxalq dərəcəli karate hakimi yoxdur.
Qeyd edək ki, Azərbaycanda beynəlxalq dərəcəli karate hakimi yoxdur.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0