Olimpiadanın medalından imtina etmiş erməni güləşçi cəzalandırılacaq
15.08.2008 - 17:42
Pekin. Elşən Məmmədov – APA-Sport. XXIX Pekin Yay Olimpiya Oyunlarında bürünc medal qazanan İsveçin yunan-Roma güləşçisi Ara Abramyan cəzalandırılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 33 yaşlı pəhləvan yarımfinalda italiyalı Andrea Minquzziyə uduzdurulduğunu iddia edib. O, etiraz əlaməti kimi qazandığı bürünc medalı mükafatlandırma mərasimindən sonra döşək üzərinə tullayaraq, zalı tərk edib. A.Abramyanın bu hərəkətini Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Jak Roqq narazılıqla qarşılayıb. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti ilə əlaqə saxlayan J.Roqqe erməni əsilli güləşçinin etirazının səbəbini soruşub və məsələnin araşdırılmasını istəyib. FİLA prezidenti isə bildirib ki, güləşdə hərdən idmançı və məşqçilər hakimlərin qərarlarına etiraz edirlər: “Mən özüm Abramyanın narazı qaldığı epizodun videoyazısına baxmışam. Fikrimcə, hakimlər düzgün qərar çıxarmışdılar”.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0