Pekin Olimpiadasında Azərbaycan atletikası üçün tarixi hadisə baş verib
18.08.2008 - 11:57
200 m məsafəyə qaçışda iştirak edən təmsilçimiz yer aldığı qrupda 20,78 saniyə nəticə ilə ikinci yeri tutub. Gənclər arasında dünya çempionatının gümüş medalını qazanan R. Quliyev təsnifat mərhələsinin yekununa əsasən, ¼ finala yüksələn 32 atlet arasında 23-cü nəticə göstərib. 18 yaşlı atletimiz bu gün axşam yarımfinala yüksəlmək üçün mübarizə aparacaq. Reqlamentə əsasən, ¼ final səddini ən yaxşı nəticə göstərən 16 idmançı adlayacaq. Qeyd edək ki, 100 m məsafəyə qaçışda iştirak edən milli komandamızın digər üzvü Ruslan Abbasov 10,58 saniyə nəticə ilə təsnifat mərhələsini adlaya bilməmişdi.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0