Pekin Olimpiadasında üçüncü yeri tutan erməni güləşçi bürünc medaldan məhrum edilib
18.08.2008 - 15:55
Pekin. Elşən Məmmədov - APA-Sport. Yunan-Roma güləşi üzrə İsveç yığma komandasının üzvü Ara Abramyan Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalından məhrum edilib. «APA-Sport» agentliyinin məlumatına görə, bu qərarı Beynəlxalq Olimpiya Komitəsinin Nizam-İntizam Komitəsi çıxarıb. 84 kq çəkidə çıxış edən erməni əsilli pəhləvan mükafatlandırma mərasimi zamanı qalmaqallı davranışı üzündən cəzalandırılıb. Qərara əsasən, A.Abramyanın medalı heç kimə verilmir, güləşçinin özü isə Olimpiadanın ədalətli oyun ruhunu pozduğu üçün Pekini dərhal tərk etməlidir.
Qeyd edək ki, 2004-cü il Afina Olimpiadasında gümüş medal qazanmış İsveç güləşçisi Pekində keçirilən yarışın yarımfinalında italiyalı Andrea Minqutsiyə qəsdən uduzdurulduğunu iddia edib. O, hakimlərin qərarına etiraz əlaməti olaraq, mükafatlandırma mərasimində boynundakı bürünc medalı qıraraq, döşək üzərinə tullayıb.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0