Pekin Olimpiadasının iştirakçılarının dopinq testləri 8 il saxlanılacaq
18.08.2008 - 16:55
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. XXIX Yay Olimpiya Oyunlarının mükafatları qarşıdakı 8 il ərzində sahibini dəyişə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, kifayət qədər yeni rekordun müəyyənləşdiyi Pekin Olimpiadasının iştirakçılarından götürülən dopinq testləri 8 il müddətində saxlanılacaq. Beynəlxalq Olimpiya Komitəsinin dopinqlə mübarizəni daha da sərtləşdirmək məqsədilə qəbul olunan qərar tibbin gələcəkdə daha da inkişaf edə bilməsi ilə izah olunur. Ümumdünya Anti Dopinq Agentliyi və Pekin Olimpiadasının Təşkilat Komitəsinin birgə qəbul etdiyi bu yeniliyə qədər nəticəsi müsbət olan testlər 90, mənfi testlər isə cəmi 30 gün laboratoriyalarda saxlanılırdı. Yeni qaydaya əsasən hazırda hansı qrupa aid olduğu dəqiq bilinməyən preparatın bir neçə il sonra qadağan olunmuş dərmanlar siyahısına daxil edilməsi həmin dopinqdən istifadə etmiş idmançının mükafatının əlindən alınmasına səbəb ola bilər. Buna görə də dondurularaq laboratoriyalarda saxlanılacaq testlər qarşıdakı 8 ildə lazım gələrsə yenidən yoxlanılacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0