Azərbaycan atleti Ramil Quliyev Pekin olimpiadasının yarımfinalına yüksələ bilməyib
18.08.2008 - 17:02
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan atleti Ramil Quliyev XXIX Pekin Yay Olimpiya Oyunlarının yarımfinalına yüksələ bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın ¼ finalına yüksəlməklə tarixi nailiyyətə imza atan milli komandamızın üzvü bu mərhələdə mübarizəni dayandırıb. 200 m məsafəyə qaçışda iştirak edən 18 yaşlı atletimiz yer aldığı qrupda 20,66 saniyə nəticə ilə 5-ci yeri tutub və yarımfinala adlayan 16 idmançı arasına düşməyib. Bununla belə, R. Quliyev yeni Azərbaycan rekordu müəyyənləşdirib. Qeyd edək ki, 100 m məsafəyə qaçışda iştirak edən milli komandamızın digər üzvü Ruslan Abbasov 10,58 saniyə nəticə ilə təsnifat mərhələsini adlaya bilməmişdi.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0