Azərbaycan taekvondoçusu Rəşad Əhmədov Pekin Olimpiadasında ilk rəqibi müəyyənləşib
19.08.2008 - 10:24
Pekin. Elşən Məmmədov – APA-Sport. Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında sabah taekvondoçular mübarizəyə qoşulacaqlar. «APA-Sport» agentliyinin məlumatına görə, Azərbaycanın bu növdə yeganə təmsilçisi Rəşad Əhmədov avqustun 22-də tatami üzərinə çıxacaq. 80 kq çəkidə yer alan 26 yaşlı taekvondoçumuz mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Püşkə əsasən, o, ilk görüşünü Hikmət Əbdülqadir Sərxana (Qətər) qarşı keçirəcək. R. Əhmədovun rəqibi ötən il Pekində təşkil olunmuş dünya çempionatında 17-ci yeri tutub. Ümumiyyətlə, püşkün taekvondoçumuz üçün uğurlu alındığını söyləmək olar. Belə ki, 2000-ci il Sidney və 2004-cü il Afina Olimpiadalarının qalibi, dördqat dünya çempionu Stiven Lopeslə ötən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu Bəhri Tanrıqulu (Türkiyə) digər yarımqrupda yer alıblar. Üstəlik, onlar 1/8 final mərhələsində üz-üzə gələcəklər. Taekvondoçumuz S. Lopes - B. Tanrıqulu cütünün qalibi ilə yalnız finalda üz-üzə gələ bilər. R. Əhmədovun yarımqrupunda isə Kanada, Puerto-Riko, Honduras, Çin, Nepal və İran taekvondoçuları qərarlaşıblar.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0